Türkiyədə ara qarışdı: ölən var

Türkiyədə ara qarışdı: ölən var
  23 May 2014    Oxunub:1159
İstanbulun Okmeydanı dünən etirazların mərkəzi olub.
AzVision.az xəbər verir ki, Soma faciəsiylə əlaqədar etiraz edən bir qrup İTO liseyinə girməyə cəhd edib. Polisin izn verməməsindən sonra meydanda ara qarışıb.

Etirazçılar polisə molotov kokteyli atıb. Polis qarşılığında havaya atəş açıb və bibər qazından istifadə edib.

Daha sonra etirazçılar polisə kustar üsulla hazırlanmış üç əl bombası atıb.

Uğur Kurt adlı bir vətəndaş başına dəyən güllə nəticəsində həlak olub. 7-si polis olmaqla 9 nəfər isə yaralanıb.

Emin


Teqlər:  





Xəbər lenti