“Azərkosmos” 39 ölkəyə 3,6 milyon dollarlıq xidmət ixrac edib

“Azərkosmos” 39 ölkəyə 3,6 milyon dollarlıq xidmət ixrac edib
  31 Mart 2023    Oxunub:838
Yanvar-fevral aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) dünyanın 39 ölkəsinə 3,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.
AzVision.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın mart sayına istinadla xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir ümumi gəlirlərinin 80 faizinə bərabər olub.

2023-cü ilin fevral ayında isə “Azərkosmos”un dünyanın 39 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Cari ilin iki ayı ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 813,3 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 698,3 min ABŞ dolları ilə Lüksemburq, 534,1 min ABŞ dolları ilə Fransa, 294,8 min ABŞ dolları ilə BƏƏ və 169,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.

AzVision.az



Teqlər:





Xəbər lenti