Ukraynada əmrə tabe olmayan əsgərlər güllələndi

Ukraynada əmrə tabe olmayan əsgərlər güllələndi
  23 May 2014    Oxunub:1099
Ölkədə yüksək gərginlik fonunda prezident seçkilərinə hazırlıq davam edir.
Ukraynanın Milli Qvardiyası əmrə tabe olmayaraq öz vətəndaşlarına atəş açmaqdan imtina edən və ya separatçıların tərəfinə keçən əsgərlər digər əsgərlərin gözü qarşısında güllələnib. AzVision.az bu barədə rus mətbuatına istinadla xəbər verir.

Məlumata görə, Luqansk vilayətində Rubejnoye şəhərində gedən döyüşlərdə 7 özünümüdafiə üzvü öldürülüb, 16-sı yaralanıb. Bu barədə RİA “Novosti”yə özünümüdafiə qüvvələrindən məlumat verilib. Həmin mənbənin məlumatına görə, Rubejnoyeyə qonşu Privolye qəsəbəsində “Sağ qanad” döyüşçüləri, dinc sakinlərə qarşı vuruşmaq istəməyərək Luqansk Xalq Respublikası tərəfinə keçən 30 yeni çağırılmış əsgəri güllələyib. Bənzər hadisənin Donetsk vilayətində də baş verdiyi bildirilir.

Volnoxova qəsəbəsi yaxınlığında gedən döyüş meydanında Ukrayna milli ordusuna məxsus yandırılmış döyüş maşınları, avtomobillər və çoxlu sayda meyitlər olduğu bildirilir.

Qeyd edək ki, bunlara görə, Ukrayna hökuməti separatçıları, qarşı tərəf isə hökuməti günahlandırır.

Bütün bu gərginliyin sonunda Ukraynada mayın 25-də keçiriləcək prezident seçkiləri üzrə namizədlərin təbliğat kampaniyası davam edir. Yerli hökumət seçkilərin mütləq baş tutacağını bildirsə də özünü müstəqil elan etmiş Luqansk səsvermə prosesinə mane olacağı ilə hədələyib. Qeyd edək ki, Həm Luqanks həm də Donetsk vilayətlərində prezident seçkiləri keçirilməyəcək.

Səbinə Həsənova
AzVision.az





Teqlər:





Xəbər lenti