ABŞ Polşaya 24 ədəd F-22 "Raptor" verəcək
"2025-ci ilin sonuna qədər Polşa ABŞ-dan sonra iki növ 5-ci nəsil təyyarələrdən istifadə edəcək ikinci ölkə ola bilər. Polşa Hərbi Hava Qüvvələri üçün artıq alınmış F-35 təyyarələrinə əlavə olaraq, amerikalılar Polşaya 32 qırıcıdan ibarət 24 ədəd F-22A Block 20 "Raptor" təyyarəsi təqdim edir”, - nəşr yazır.
Qeyd olunur ki, Polşa təyyarələri simvolik bir dollara alsa da, hər halda, xərcsiz ötüşə bilməyəcək. Əvvəla, Polşa “Raptor”u sınaqdan keçirmək üçün pul ödəməli olacaq, çünki ABŞ Hərbi Hava Qüvvələri tərəfindən silahlanmadan çıxarılması planlaşdırılan qırıcılar döyüş xidmətində deyil. Onlardan əsasən təlimlərdə istifadə olunub.
Polşa həmçinin silahlanma, pilotların və texniki personalın, yerüstü infrastrukturun hazırlanması üçün vəsait xərcləməlidir.
Amerikalılar artıq hesablayıblar ki, proses pilotların hazırlığı da daxil olmaqla təxminən üç il çəkəcək və bütün F-22 təyyarələri 2024-2025-ci illərdə Polşaya çatdırılacaq.
"Raptor" ilk beşinci nəsil Amerika hərbi təyyarəsi hesab olunur. O, həm "hava-hava", həm də "hava-yer" missiyalarını yerinə yetirməyə qadirdir.
İl dəfə 28 iyun 2022-ci ildə ABŞ-ın Polşanın Rusiya Federasiyasından mühafizəsini gücləndirmək üçün F-22 qırıcılarını yerləşdirəcəyi bildirilirdi. Alyaskada yerləşən 90-cı ekspedisiya qırıcı eskadrilyasından altı "Raptor" Britaniyadakı Lakenhit Hərbi Hava Qüvvələri bazasına gətirilib.
Ə.V.
AzVision.az