Fazil Mustafaya sui-qəsdlə bağlı 4 nəfər tutulub - YENİLƏNİB

 Fazil Mustafaya sui-qəsdlə bağlı 4 nəfər tutulub -  YENİLƏNİB
  03 Aprel 2023    Oxunub:2717
Bakının bir neçə istiqamətlərində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir. Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.

Əlavə məlumat veriləcəkdir.

***

Deputat Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər saxlanılıb.

AzVision.az xəbər verir ki, bu barədə haqqın.az məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxslər Qaradağ rayonu ərazisində saxlanılıb. Xüsusi əməliyyatı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi birgə həyata keçirib.

AzVision.az



Teqlər:





Xəbər lenti