Naxçıvanda bərpa olunan mənbələrdən 50 faizdən çox enerji əldə edilib

   Naxçıvanda bərpa olunan mənbələrdən 50 faizdən çox enerji əldə edilib
  03 Aprel 2023    Oxunub:1061
"Azərbaycandakı ən yaxşı radiasiya Naxçıvandadır. Arazın suyunun miqdarının qaneedici olmasına baxmayaraq, orada hazırda 2 su elektrik stansiyaları tikilir".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov deyib. O vurğulayıb ki, Naxçıvanda bəzi illərdə bərpa olunan enerjidən alınan elektrik qazdan alınan enerjidən çox olub.

"Elə illər olub ki, 50 faizə qədər elektrik bərpa olunan enerji mənbələrdən əldə edilib. Naxçıvanın Türkiyəyə birbaşa çıxışı var və ortada enerjinin ötürülməsi üçün başqa dövlətə ehtiyac yoxdur. Buna görə Naxçıvan büdcəsinə töhfələr verəcək təkliflər olacağını gözləyirik",- nazir müavini əlavə edib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti