Deputata sui-qəsdlə bağlı saxlanılanların kimliyi məlum oldu

  Deputata sui-qəsdlə bağlı saxlanılanların kimliyi məlum oldu
  03 Aprel 2023    Oxunub:1827
Millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsdin təşkilatçısı və iştirakçıları məlum olub.
AzVision.az xəbər verir ki, hücumun təşkilatçısı 1976-cı ildə Salyan rayonunda anadan olan Səricanov Azər Kamran oğludur. O, Şiə məzhəbli dindar şəxsdir, 2010-2019-cu illər aralığında 11 dəfə İrana səfər edib. Azər Səricanov "Hacı Azər" kimi tanınır və "youtube"da çıxışları yayılıb. Deputata atəş açan isə Şirinov Səbuhi Vəliyəddin oğludur. 1986-cı ildə Ağdam rayonunda anadan Şiə məzhəbli dindar şəxs 2017-2022-ci illər aralığında 15 dəfə İrana səfər edib.



Dəstənin digər üzvü Əsgərov Elşad Tofiq oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub, 2013-2018-ci illər aralığında 9 dəfə İrana səfər edib. 1970-ci ildə Bakı şəhərində anadan olan Əliyarov Emin Rafiq oğlu da 2004-2015-ci illər aralığında 3 dəfə İrana səfər edib.



AzVision.az



Teqlər:





Xəbər lenti