“İnstagram” qadağan olundu

“İnstagram” qadağan olundu
  23 May 2014    Oxunub:1207
İran məhkəməsi ölkə ərazisində “İnstagram” sosial şəbəkəsinə girişi qadağan edib.
AzVision.az-ın məlumatına görə, bu barədə İran KİV-i məlumat verir.

Məhkəmə bu barədə qərarı ölkə vətəndaşlarının şikayətindən sonra qəbul edib. Belə ki, İran vətəndaşları sosial şəbəkənin onların “şəxsi həyat”ını pozması iddiası ilə məhkəməyə müraciət edib.

Məhkəmə “İnstagram” a girişin ölkə ərazisində bağlanması ilə bağlı İranın informasiya və Kommunikasiya Texnologiyaları Nazirliyinə müraciət edib.

Qeyd edək ki, İranda “İnstagram”la yanaşı “Facebook” və “Twitter” də daxil olmaqla ölkənin dünyanın bır sıra aparıcı sosial şəbəkələri qadağan edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti