Putin: Ukraynada baş verənlər vətəndaş müharibəsidir

Putin: Ukraynada baş verənlər vətəndaş müharibəsidir
  23 May 2014    Oxunub:1067
Rusiya prezidenti Vladimir Putin Ukraynadakı vəziyyətin hazırki həddə çatmasında ABŞ və Avropa İttifaqını günahlandırıb.
Putin hesab edir ki, Ukraynada dövlət çevrilişindən sonra yaranan qarmaqarışıqlıq hazırda vətəndaş müharibəsi həddinə çatıb: “Ukraynanın amerikalı və avropalı tərəfdaşlarının sayəsində dövlət çevrilişi baş verdi. Ardınca xaos yarandı. Hazırda isə gördüklərimiz əsl, həm də genişmiqyaslı vətəndaş müharibəsidir”.

Rusiya prezidentinin sözlərinə görə, `əgər Rusiya Krımı özünə birləşdirməsəydi, qurbanların sayı Odessadakından daha çox olardı`.

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı, öz növbəsində, Ukraynada günbəgün artan hgərginliyə görə Rusiyanı günahlandırır.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti