Siyavuş Novruzov: “Daş yuxular”a film də çəkiləcək”

Siyavuş Novruzov: “Daş yuxular”a film də çəkiləcək”
  11 Aprel 2013    Oxunub:1160
”Əvvəldən aydın idi ki, Əkrəm Əylislinin əsəri Ermənistanda çap olunacaq”
AzVision.az-a açıqlamasında bu sözləri Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O, Əkrəm Əylislinin “Daş yuxular” əsərinin Ermənistanda çap olunmasına münasibət bildirərkən qeyd edib ki, Əkrəm Əylisi həm Azərbaycan xalqına, həm islam dininə həm də bütövlükdə türkçülüyə qarşı çıxış edib.

“Artıq bu kitab İrəvanda çap olundu. Mən bilirəm ki, ermənilər artıq pul yığırlar ki, bu əsərə film də çəksinlər”-deyə, S.Novruzov əlavə edib

Qeyd edək ki, sabiq Xalq yazıçısı Əkrəm Əylisinin “Daş yuxular” əsəri İrəvandakı "Nork" nəşriyyatında ermənicə çap olunub. Romanı erməni dilinə Leonid Zulfuqaryan çevirib.

Xatıradaq ki, ötən ilin sonunda Rusiyanın "Drujba narodov" jurnalında rusca çap ediləndən və Azərbaycanda böyük səs-küyə səbəb olandan sonra əsəri Ermənistanda da oxuyanlar az olmayıb. Azərbaycanda çoxluq yazıçını satqınlıqda, erməniləri ucaldıb azərbaycanlıların faciələrinə göz yummaqda ittiham etmiş, Ermənistanda isə çoxluq onun əsərini "tarixi həqiqətləri cəsarətlə qələmə almaq cəhdi" kimi qiymətləndirmişdi.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti