Zəhərlənən şagirdlərin hamısı evə buraxılıb - YENİLƏNİB

 Zəhərlənən şagirdlərin hamısı evə buraxılıb -  YENİLƏNİB
  06 Aprel 2023    Oxunub:1937
Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetində toyuq ətindən zəhərlənən və xəstəxanaya yerləşdirilən 6 şagirdin hər biri müayinə və müalicə prosedurundan sonra evə buraxılıb.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb. O bildirib ki, şagirdlərin vəziyyəti normal olaraq qiymətləndirilir.

***
A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə zəhərlənən şagirdlərin son durumu açıqlanıb.

TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.

Qeyd olunub ki, təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib: "6 nəfər (4-ü oğlan, 2-si oğlan) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.

Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir".

AzVision.az


Teqlər:





Xəbər lenti