Yuri Syomin `Qəbələ`dən getdi

Yuri Syomin `Qəbələ`dən getdi
  24 May 2014    Oxunub:1238
“Qəbələ” futbol klubu baş məşqçi Yuri Syomin ilə yollarını ayırmışdır. Klubdan verilən məlumata görə, bu qərar Azərbaycan kuboku yarışlarının final matçının ardından rusiyalı mütəxəssis və “Qəbələ” rəhbərliyi arasında keçirilən görüş zamanı qəbul olunub.
Görüşdə “Qəbələ” ilə Y.Syomin arasında müqavilənin uzadılması məsələsi müzakirə edilib. Əvvəlki görüşlər zamanı “Qəbələ”də qalıb-qalmayacağını final matçından sonra qətiləşdirəcəyini deyən mütəxəssis son toplantıda komandadan ayrılmaq istədiyini bildirib.

Syomin qərarını belə izah edib: “Çox ağır mövsüm keçirdik. Bundan sonrakı müddətdə komandanı toparlamaq və Avrokubok oyunlarına hazırlamaq mənim üçün çətin olacaq. Bir müddət istirahət etməyə ehtiyacım var. Komandama, azarkeşlərimizə və rəhbərliyə bu günə qədər verdiyi dəstəyə görə təşəkkür edirəm. “Qəbələ”yə Avropa Liqasında və növbəti mövsümdə uğurlar arzulayıram”.

Xatırladaq ki, “Qəbələ” 9 illik tarixində Avropa miqyaslı yarışlara məhz Y.Syominin rəhbərliyi altında vəsiqə qazanmışdı.


Teqlər:





Xəbər lenti