“Bu, sülh danışıqlarına zərər verir”

  11 Aprel 2013    Oxunub : 530
“Bu, sülh danışıqlarına zərər verir”
Amerikanın Men Ştatının Parlamenti Qarabağın “müstəqilliyi”ni tanınması barədə qəbul etdiyi qətnaməsinə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov münasibət bildirib
AzVision.az xəbər verirk i, E.Məmmədyarov jurnalistlərə açıqlamasında bildirib ki, bu kimi hallar Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına zərər yetirir

“Bu qətnamənin qəbulunda həmin ştatda yaşayan erməni diasporasının rolu var. Belə hallar heç də yaxşı qarşılanmır”-deyə, xarici işlər naziri əlavə edib.

Qeyd edək ki, Amerikanın Men Ştatının Senatı və nümayəndələr palatası qondarma Dağlıq Qarabağ Respublikasının tanınması barədə birgə qətnamə qəbul edib.

Qətnamənin müəllifləri ABŞ prezidentini və Konqresi Dağlıq Qarabağın müstəqillik hüququnu dəstəkləməyə çağırıblar.

Araz İsmayılov

Teqlər: