Müdafiə naziri: `Tam razıyam`

Müdafiə naziri: `Tam razıyam`
  24 May 2014    Oxunub:1029
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya paytaxtında keçirilən beynəlxalq təhlükəsizlik üzrə III Moskva konfransında iştirak edir.
Z.Həsənov AzərTAc-a bildirib ki, konfrans çərçivəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu və İranın müdafiə naziri Hüseyn Dehqan ilə görüşlər yüksək səviyyədə və qarşılıqlı anlaşma şəraitində keçib: “Hər iki nazirlə görüşlərimdə hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd etməliyəm ki, həm hərbi, hərbi texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair apardığımız fikir mübadiləsinin nəticələrindən tam razıyam”.

Azərbaycanın müdafiə naziri görüşlərdə Xəzər dənizində hərbi təlimlərlə bağlı müzakirələrin də aparıldığını bildirib.



Teqlər:  





Xəbər lenti