Neft bahalaşır: On ölkənin iqtisadiyyatı zərər çəkəcək

      Neft bahalaşır:    On ölkənin iqtisadiyyatı zərər çəkəcək
  08 Aprel 2023    Oxunub:1193
2023-cü ilin sonuna qədər “qara qızıl”n bir barelinin 100 dollara yüksəlməsi ehtimalı neft tədarükündən ciddi şəkildə asılı olan Yaponiya, Hindistan, Almaniya və Fransanın iqtisadiyyatına ciddi zərbə vuracaq.
Bu barədə “Dünya” ekspertlərin rəyinə istinadən yazır. OPEC+ üzvü olan ölkələrin neft hasilatını azaltması səbəbindən neftin qiyməti 100 dollar/barelə qalxarsa, bu, ABŞ istisna olmaqla, on ölkənin iqtisadiyyatına mənfi təsir göstərəcək.

Nəşr qeyd edib ki, xüsusilə neft idxal edən Yaponiya, Hindistan, Almaniya və Fransa birbaşa təsirlənəcək. Cənubi Koreyanın da müəyyən problemləri olacaq, lakin burada sənayenin müəyyən sahələri təsirlənəcək.

Ekspertlərin fikrincə, çox valyutası olmayan inkişaf etməkdə olan bazarlar da neftin bahalaşmasından əziyyət çəkəcək. Ancaq bu yanacağın qiyməti sabit olmayacaq. Uzunmüddətli perspektivdə neftin bir barelinin qiyməti 80-90 dollar arasında dəyişəcək.


AzVision.az


Teqlər:





Xəbər lenti