Bakıda iki nəfər yanaraq ölüb

   Bakıda iki nəfər yanaraq ölüb
  10 Aprel 2023    Oxunub:1344
Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində yanğın olub.
Hadisə nəticəsində 2 nəfər yanaraq ölüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən yanğın nəzarətə götürülərək söndürülüb, 370 kv.m sahəsi olan sexin 44 kv.m-i yanıb, geri qalan hissəsi isə yanğından mühafizə edilib.

FHN-nin Əməliyyat-İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinə baxış keçirilməklə araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti