Siyarto Rusiyada: Gündəm Macarıstanın enerji təchizatı

      Siyarto Rusiyada:    Gündəm Macarıstanın enerji təchizatı
  11 Aprel 2023    Oxunub:830
Macarıstanın xarici işlər naziri Peter Siyartonun Rusiyaya səfəri başlayıb.
Bu barədə nazir özünün sosial şəbəkə hesabında paylaşıb edib. O qeyd edib ki, Moskvada "Rosatom"un rəhbəri Aleksey Lixaçev və Rusiya baş nazirinin müavini Aleksandr Novakla görüşəcək.

“Bu gün Moskvada biz Macarıstanın enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün zəruri olan əməkdaşlığın ən mühüm məsələlərini müzakirə edəcəyik. Əvvəlcə Rusiya Federasiyası Baş nazirinin enerjiyə cavabdeh müavini Aleksandr Novakla, sonra "Rosatom"un rəhbəri Aleksey Lixaçevlə görüşəcəm".

"Rosatom" Macarıstanda "Paks-2" Atom Elektrik Stansiyasının tikintisini davam etdirir ki, bu da yeni enerji bloklarının tikintisi vasitəsilə mövcud AES-in genişləndirilməsidir.

AzVision.az


Teqlər:





Xəbər lenti