Müharibə əlilinin 725 min manatını mənimsəyənə hökm oxunub

Müharibə əlilinin 725 min manatını mənimsəyənə hökm oxunub
  11 Aprel 2023    Oxunub:1002
Birinci Qarabağ müharibəsi əlili Əfqan Zeynalovun külli miqdarda pulunu mənimsəmədə ittiham olunan Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Nelli Fabriçnaya verilmiş ittihamla təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 35 yaşlı Nelli Fabriçnaya “Avtotransyol” və “Murov TSK”nın rəhbəri olmuş zərərçəkmiş Əfqan Zeynalovun 725 min manat pulunu mənimsəmə və israfetmə yolu ilə ələ keçirməkdə təqsirləndirilib.

Nelli Fabriçnayaya qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

AzVision.az



Teqlər:





Xəbər lenti