Ukraynanı kimlər idarə edir – DOSYE

  24 May 2014    Oxunub : 413
Ukraynanı kimlər idarə edir – DOSYE
`Maydan` hadisələrindən sonra Ukraynada hakimiyyətə gələnlər əvvəlki hökuməti korrupsiya və qanunsuzluqlarda suçlasalar da, heç özləri də də süddən çıxmış ağ qaşıq deyillər. AzVision.az onların haqqında çoxlarına məlum olmayan bilgiləri təqdim edir.


Aleksandr Turçinov
Ukrayna prezidenti (50 yaş)


Turçinov Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun sağ əlidir. Onlar birlikdə “Batkivşina” partiyasını yaradıblar. 2005-ci ildə Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX) rəhbərlik edən zaman Timoşenkoya qarşı dəliləri məhv edib. UTX arxivlərindən Ukrayna büdcəsindən milyardlarla pul yeyintisini sübut edən sənədlər də yoxa çıxarılıb.

2006-cı ildə parlament seçkiləri ərəfəsində Ukrayna Baş Prokurorluğu UTX-ə Turçinovun rəhbərlik etdiyi zamanı məmurların telefon danışıqlarının dinlənməsi ilə əlaqədar cinayət işi qaldırılıb.

Turçinov hətta gərgin inqilab günlərində belə öz biznesini unutmayıb. KİV-in məlumatına görə, Ali Rada spikeri Litvanın paytaxtı Kaunasda 200 milyonluq data mərkəzin tikintisi layihəsində pay sahibidir.


Arseniy Yatsenyuk
Ukraynanın baş naziri (39 yaş)


2004-cü ildə Yatsenyuk “Mriya” bankına 10 milyon dollar həcmində sabitləşdirici kreditin ayrılması ilə bağlı qərar imzalayıb. Bankın lisenziyasıləğv edilməli olsa da, həmin il Ukrayna Milli Bankı sədrinin birinci müavini olan Yatsenyuk bunun qarşısını alıb. KİV-in yaydığı məlumata görə, bunun müqabilində Yatsenyuku yaxşı mükafatlandırıblar.

Arsen Avakov
Ukraynanın daxili işlər naziri (50 yaş)


Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkonun yaxın ətrafından olan Avakovun adı 7 dəfə korrupsiya qalmaqallarında çəkilib. 2012-ci ilin yanvar ayında Ukrayna prokurorluğu Avakova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmək faktı ilə bağlı cinayət işi qaldırıb.

2012-ci ilin 31 yanvar tarixində İtaliya gizləndiyinə görə, Avakov beynəlxalq axtarışa verilib. Elə həmin ilin mart ayında İtaliya məhkəməsi onu 40 günlük həbs edib. 2012-ci ilin aprel ayında o, azadlığa buraxılıb, 2012-ci ilin aprel ayında isə məhkəmə siyasətçini Ukraynaya ekstradisiya etməkdən imtina edib.

2012-ci ildə Ukrayna keçirilən parlament seçkilərində “Batkivşina” partiyasından deputat seçilib və Kiyevə qayıdıb. Bundan sonra o, Ukrayna da aktiv şəkildə biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb. Hazırda Avakov Ukrayna daxili işlər naziri vəzifələrinin səlahiyyətlərini icra edir. Avakov 2014-cü ilin fevral ayında Ukrayna DİN-də kadr dəyişiklikərinin müəllifidir. Bu dəyişikliklər nəticəsində Respublikada polis idarə sistemi dağılmaq təhlükəsi ilə üzləşib, rəhbərlərin 90 %-i ixtisara düşüb və Ukrayna xüsusi təyinatlı dəstəsi olan “Berkut” ləğv edilib.

Maksim Burbak
İnfrastruktur naziri (38 yaş)


2012-ci ildən etibarən “Batkivşina” partiyasından Ali radaya deputat seçilib. Arseni Yatsenyukun uşaqlıq dostu və yaxın müşaviridir. 1998-ci ildən etibarən kommersiya fəaliyyətinə başlayıb. Gəlir deklarasiyasına əsasən 2011-ci ildə bir qəpik belə qazanmayıb. Şayiələrə əsasən Kiyevdəki “Dobrobut” bazarına nəzarət edir. Burbakın sözlərinə görə, o yalnız siyasətlə məşğul olur, biznes işlərini isə onun həyat yoldaşı aparır. Onun beynəlxalq yük daşıma şirkəti var.

Lyudmila Denisova
Sosial siyasət üzrə nazir ( 53 yaş)


“Batkivşina” partiyasının üzvü. İxtisasca uşaq baxçası müəllimidir. Lakin o, hüququ məsləhətçisi, Ukrayna pensiya fondunun kadrlar üzrə inspektoru və şöbə müdiri, Krımda maliyyə naziri vəzifələrini tutub. Səlahiyyətlərindən sui-istifadə etməsi faktı ilə bağlı prokurorluq əməkdaşları tərəfindən saxlanıldıqdan sonra vəzifədən gedib.

Vitali Yarema
Ukrayna baş nazirinin birinci müavini (50 yaş)


Ukrayna millətçisi, 1990-cı illərdə ticarət sahəsində şirkətlərinə yardım edib. Onlardan ən əsası “Mezokred” (alkoqol, geyim) şirkətinin hüququ şöbəsində onun qohumu rəhbərlik edib. Yaremenin ölkədəki etnik yezid mafiyasının biznesinə hamilik etdiyi bildirilir. 2012-ci ildə Yuliya Timoşenkonun nümayəndəsi kimi Ali radaya deputat seçilib. 2013-cü ilin dekabrında KİV-in verdiyi məlumata görə, Vitaliy Yarema polis əməkdaşını döyüb.

(`Soverşenno Sekretno`nun materialları əsasında)

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: