Bakıda yanğında bir nəfər xəsarət alıb

Bakıda yanğında bir nəfər xəsarət alıb
  12 Aprel 2023    Oxunub:1140
Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. Xəbərə görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ikiotaqlı mənzildə baş verdiyi və mənzildə bir nəfər vətəndaşın həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

FHN qüvvələri tərəfindən operativ qaydada yanğın baş verən mənzilin qapısı xüsusi vasitələrlə açılaraq yanğın qısa müddətdə söndürülüb və mənzildə həyati təhlükəli vəziyyətdə qalan vətəndaş xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Yanğın nəticəsində ümumi sahəsi 48 kv.m. olan mənzilin bir otağında ev əşyaları 1m² sahədə yanıb, otağın döşəmə və divarları ziyan görüb. Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti