ARDNŞ və `Rosneft` müqavilə imzaladı

ARDNŞ və `Rosneft` müqavilə imzaladı
  24 May 2014    Oxunub:1301
Rusiyanın “Rosneft” dövlət şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında saziş imzalanıb. Sənədi Rusiyada keçirilən Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində hər iki şirkətin prezidenti İqor Seçin və Rövnəq Abdullayev Rusiya Federasiyasının prezidenti Vladimir Putinin iştirakı ilə imzalayıb.
Sənədə əsasən, tərəflər Azərbaycan, Rusiya və üçüncü ölkələr ərazisində fəaliyyət göstərəcək birgə müəssisə yaradacaq. Hər iki tərəf həmin müəssisəyə bərabər nizamnamə kapitalı və aktivlər yatıracaq. Aktivlərin siyahısı daha sonra dərc ediləcək.

APA-nın xəbərinə görə, imzalanmanı şərh edərkən İ.Seçin və R.Abdullayev bildirib ki, saziş Sibir, Xəzər dənizi şelfində və digər akvatoriyalarda irimiqyaslı layihələrlə bağlı birgə işlər görməyə başlamağa imkan verəcək


Teqlər:





Xəbər lenti