ABŞ Şimali Koreyanın raket sınağını kəskin şəkildə pislədi
“ABŞ prezidenti Co Bayden və onun milli təhlükəsizlik üzrə köməkçilərindən ibarət komanda müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx koordinasiyada vəziyyəti qiymətləndirir. Buraxılış BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrini kobud şəkildə pozur və lüzumsuz olaraq gərginliyi artırır və regionda təhlükəsizliyin sabitliyini pozan riskləri artırır”.
Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizinə doğru naməlum ballistik raket atıb. Bununla da Pxenyan cari ildə 12-ci ballistik raket buraxılışı həyata keçirib.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: