Məhkum türmədə öldürüldü: Vəzifəli şəxslərə cinayət işi başlanıldı

      Məhkum türmədə öldürüldü:    Vəzifəli şəxslərə cinayət işi başlanıldı
  13 Aprel 2023    Oxunub:1118
Məhkumun cəzaçəkmə müəssisəsində ölümü ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məluumat verilib.

Belə ki, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sübhan Ağayevin cari il 28 fevralda ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti