Tonoyan müharibə ilə bağlı komissiyada dinləmələrə cəlb olunacaq
Tonoyan sursat tədarükü zamanı sui-istifadədə ittiham olunur və hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılır.
Nəşrin yazdığına görə, istintaq komissiyasının fəaliyyəti başa çatmaq üzrədir və buna görə də onun işini sürətləndirmək, yekunlaşdırmaq və nəticə çıxarmaq lazımdır. Yekun sənəd Nikol Paşinyanın hərbi cinayətlərə görə məsuliyyətdən azad edilməsi olmalıdır.
Xatırladaq ki, martın 16-da komissiya üzvləri müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahına rəhbərlik etmiş Onik Qasparyanı dinləyiblər. Komissiyanın rəhbəri, hakim “Mülki Müqavilə” fraksiyasından olan deputat Andranik Köçəryan bir müddət əvvəl bildirmişdi ki, dəvət olunanlardan bəziləri ifadə verməkdən imtina ediblər. Buna baxmayaraq, o, əmin edib ki, komissiya üzvləri dinləmələrdə maksimum sayda iştirakçıların təmin edilməsində ardıcıl olacaqlar.
Komissiya 2022-ci ilin yanvarında yaradılıb və müharibədə Ermənistanın məğlubiyyətinin səbəblərini və amillərini öyrənmək üçün nəzərdə tutulub.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: