Hulusi Akar Azərbaycan xalqına başsağlığı verib

   Hulusi Akar Azərbaycan xalqına başsağlığı verib
  15 Aprel 2023    Oxunub:1269
Türkiyənin milli müdafiə naziri Hulusi Akar aprelin 11-də Azərbaycan-Ermənistan sərhədində 3 Azərbaycan əsgərinin şəhid olması ilə bağlı azərbaycanlı həmkarı Zakir Həsənova başsağlığı məktubu göndərib.
AzVision.az xəbər verir ki, “Əziz qardaşım” ifadəsi ilə başlayan məktubda Akar Azərbaycan xalqının ağrılarını ürəkdən hiss etdiyini bildirib.

"Türkiyə və Azərbaycan iki dövlət, bir millət prinsipi ilə daim bir-birinin yanındadır. Bu günə qədər olduğu kimi, bundan sonra da can qardaşlarımız olan Azərbaycan türklərinin haqlı mübarizəsində bütün imkanlarımızla yanınızda olmağa davam edəcəyik. Şəhidlərimizə Allah rəhmət eləsin, qardaş Azərbaycan xalqının və Müdafiə Nazirliyinin dəyərli əməkdaşlarının kədərlərini paylaşır, başsağlığımızı çatdırırıq".

AzVision.az



Teqlər:





Xəbər lenti