ABŞ-da ilk: Azana qoyulan məhdudiyyət ləğv olunub

      ABŞ-da ilk:    Azana  qoyulan məhdudiyyət ləğv olunub
  15 Aprel 2023    Oxunub:1670
Minneapolis Şəhər Şurası şəhər məscidlərinin saat 21:00-dan səhər saat 7:00-dək səs-küyü qadağan edən şəhər qanununun məhdudiyyətlərindən azad olunmasının lehinə səs verib. Minnesota ştatının ən böyük şəhəri olan Minneapolis hər gün və bütün ilboyu gündəlik beş dəfəlik azan oxunmasına icazə verən ABŞ-ın ilk böyük şəhəri olub.
Minneapolis xristian və yəhudi icmalarının liderləri üç müsəlman deputatının təşəbbüsü ilə qəbul edilmiş Şəhər Şurasının qərarını dəstəkləyib. AR Agentliyi qeyd edir ki, qərar Şəhər Şurasında ciddi müqavimətlə qarşılanmayıb.

Deputatlar etiraf ediblər ki, ABŞ Konstitusiyasında təsbit edilmiş din azadlığı prinsipi sakinlərin gecə yuxusunu qoruyan şəhər qanunundan daha vacibdir.

Yarım milyon əhalisi olan Minneapolisdə Şərqi Afrikadan gələn böyük müsəlman icması yaşayır, onun nümayəndələri Şəhər Şurasında 13 yerdən 3-nü tutur. Ötən il bələdiyyə məscidlərə şəhər qanununa uyğun olaraq yalnız gündüz saatlarında gündəlik namaz çağırışlarını yayımlamağa icazə verib.

AzVision.az


Teqlər:





Xəbər lenti