Azərbaycan 35 iranlı məhbusu ölkəsinə qaytaracaq

Azərbaycan 35 iranlı məhbusu ölkəsinə qaytaracaq
  25 May 2014    Oxunub:998
İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqavilə əsasında tezliklə Azərbaycanda cəza çəkən daha 35 İran vətəndaşı ölkəmizə qaytarılacaq.
`İrna`-nın xəbərinə görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bu gün İranın XİN-in Təbrizdəki ofisində jurnalistlərə deyib.

M.Pakayin deyib ki, ötən aylar ərzində İranda cəza çəkən 4 Azərbaycan vətəndaşı da ölkəsinə qaytarılıb.

Qeyd edək ki, mart və aprel ayları ərzində Azərbaycan həbsxanalarında cəza çəkən 34 İran vətəndaşı ölkələrinə qaytarılıb.


Teqlər:  





Xəbər lenti