Kerri yenə niyə Türkiyəyə gedir? - EKSPERT

Kerri yenə niyə Türkiyəyə gedir? - EKSPERT
  11 Aprel 2013    Oxunub:1206
Elxan Şahinoğlu:“Amerikanın Türkiyəyə ehtiyacı var”
Amarika Birləşmiş Ştatlarının xarici işlər naziri növbəti dəfə Türkiyəyə səfər edir. Bu, onun son iki ayda qonşu ölkəyə 3-cü səfəridir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AzVision.az-a açıqlamasında bu gedişi Amerikanın Türkiyəyə ehtiyacı olması ilə əlaqələndirdiyini bildirib: “Con Kerrinin ermənipərəst konqresmen kimi tanınmasına baxmayaraq, o, dövlət katibi vəzifəsinə gətirilən kimi ölkənin əsas maraqlarından çıxış etmək məcburiyyətində idi. Əsas maraqlar da nədir? Barak Obama İsraillə Türkiyəni barışdırıb. Vaşinqton vəkili qarşıya bu barışığı inkişaf etdirmək məqsədi qoyub. Digər tərəfdən də Suriya məsələsi var”.

Elxan Şahinoğlunun fikrincə, Türkiyənin bu məsələyə münasibəti Amerikanı çox razı salır: “Bu barədə məsləhətləşmələr genişləndirilir. O cümlədən, İranın nüvə çalışmaları var. Ankara və baş nazir Ərdoğan İranın sülh məqsədli nüvə çalışmalarında əlinin olmadığını düşünür. Digər tərəfdən, Türkiyə yaxşı anlayır ki, İranın nüvə silahı əldə etməsi region üçün böyük təhlükə vəd edir. Bu istiqamətdə də Vaşinqtonla çox sıx təmasdadır. Bundan başqa, Türkiyənin Cənubi Qafqazda fəallaşması , Gürcüstan və Azərbaycanla əlaqələrinin inkişafı, enerji layihələri – bütün bu mövzular da Amerikanı maraqlandırır. Türkiyənin Avrasiya və Cənubi Qafqazda rolunun və çəkisinin artması Vaşinqtonun maraqlarına uyur. Ona görə də, Vaşinqtonun Türkiyə ilə təmasını artırması, Kerrinin səfərlərinə məhz bu aspektdən yanaşmaq olar”.

Sevinc Fədai


Teqlər:  





Xəbər lenti