Kafedəki yanğın söndürülüb - YENİLƏNİB

***
Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində restoranda baş vermiş yanğın məhdudlaşdırılıb.
Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə AzVision.az -a FHN-dən məlumat verilib. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir. Əlavə məlumat veriləcək.
AzVision.az
Teqlər: