Bildirilib ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində mediadan istifadə olunmaqla milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Dövlət bayrağımızın yandırılması faktı üzrə Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 və 12.2, 324-cü maddələrilə başlanmış cinayət işinin istintaqı Baş prokurorluğun İstintaq idarəsində davam etdirilir.
|
| İlham Əliyev: "O insanabənzər məxluq bayraqlarımıza yaxınlaşa bilərmi?" |
Aram Nikolyan aprelin 19-da Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 və 12.2, 324-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.
Göstərilən xüsusatlarla əlaqədar Baş Prokurorluq tərəfindən həmin cinayət işinin istintaqının birgə əməkdaşlıq çərçivəsində aparılması üçün xarici dövlətlərin hüquq-mühafizə orqanlarına hüquqi yardım haqqında rəsmi müraciətlər göndərilərək Aram Nikolyan barəsində zəruri istintaq hərəkətlərinin keçirilməsi və dövlət sərhədini keçdiyi halda saxlanılaraq Azərbaycana ekstradisiya olunması xahiş edilib.
“Azərbaycan və onun vətəndaşlarına qarşı milli nifrət və düşmənçiliyinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də təqsirkar şəxslərin milli və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri istiqamətində Azərbaycanın Baş Prokurorluğu tərəfindən kompleks tədbirlərin görülməsi davam etdirilir”, - məlumatda qeyd olunub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


