"May Day" - Qarabağdakı ruslar və ermənilər hazır olsun! - Hərbi ekspertdən xəbərdarlıq

    "May Day"  - Qarabağdakı ruslar və ermənilər hazır olsun! - Hərbi ekspertdən xəbərdarlıq
  22 Aprel 2023    Oxunub:4873
Qarabağda silahlı erməni qruplaşmalarının mövcudluğuna şərait yaradan, buna zəmanət verən rus kontingentinin (Rusiya Sülhməramlıları Kontingenti-RSK- red.) "kuryer komandanlığı"dır. Erməni silahlılarını ərazidən hələ 30 ay əvvəl çıxarmalı olan RSK bu gün müəyyən ödəniş qarşılığında onlara kuryerlik edir .
Bu kimi fəaliyyətlərin 2020-ci il, noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı birgə bəyanata zidd və Azərbaycan ərazisində qəbuledilməz olduğu dəfələrlə bildirilsə də, həm ermənilər, həm də böyük qardaşları qaydalara məhəl qoymurlar.

İndi ki, bəyanatı imzalayan üç tərəfdən ikisi öz imzalarına hörmət etmir, onda qalib və ev sahibi Azərbaycanın razılaşma üzrə öhdəlikləri avtomatik sıfırlanır. Azərbaycan tərəfi rusların müvəqqəti nəzarətində olan Qarabağ torpaqlarında hələ də qalmaqda olan Ermənistan ordusu nümayəndələrini cəzalandırmaq, silahdaşımaların qarşısını almaq, daşıyanları islah etmək hüququ qazanır.

Odur ki, yaxın vaxtlarda Əsgərimiz onlara "ərazimizdə qeyri-qanuni yollarla silahla mövcud olmanın neqativ xüsusiyyətləri" mövzusunda "dərs" keçə bilər və bu dərs Birgə Bəyanatın 4-cü bəndinin daha sürətli icrasını təmin edər.

Bu baxımdan önümüzdəki may ayının Bəyanatın şərtlərini pozan kuryerlər və onların xidmətlərindən bəhrələnənlər üçün ağır, sarsıdıcı olması ehtimalı yüksəksəkdir. Qoy 11 minlik fərari ordusu agah olsun!

Bayrağımızı yandıranları, əsir əsgərimizə işgəncə verənləri meydana dəvət edirəm. Gəlin, Əsgərimizlə və Bayrağımızla bir daha və lap yaxından tanış olun! Gəlməsəniz, insan deyilsiniz, ləyaqətsiz və şərəfsiz ikiayaqlısınız!

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:





Xəbər lenti