Nazirlik işə dəvət edir

Nazirlik işə dəvət edir
  11 Aprel 2013    Oxunub:1596
İşə qəbul olacaq şəxslər fiziki və sağlamlıq vəziyyətinə görə Daxili Qoşunlarda xidmətə yararlı vəziyyətdə olmalıdırlar.
Azərbaycanda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında psixoloqların işə qəbuluna başlanılır. Daxili Qoşunlardan verilən məlumata görə, ən azı üç il psixologiya ixtisası üzrə iş təcrübəsi olan, hərbi qulluqçular arasında mənəvi-psixoloji iş aparmaq bacarığına malik, hərbi xidmət keçmiş, Azərbaycan vətəndaşları işə dəvət edilir.

Qeyd edək ki, həmin şəxslər fiziki və sağlamlıq vəziyyətinə görə də Daxili Qoşunlarda xidmətə yararlı vəziyyətdə olmalıdırlar. Əlavə məlumat almaq istəyənlər Daxili Qoşunlar Baş İdarəsinin Kadrlar şöbəsinə (560 2700) müraciət edə bilərlər.



Teqlər:  





Xəbər lenti