Nəqliyyatçılar 423,7 milyon sərnişinə xidmət göstərib

Nəqliyyatçılar 423,7 milyon sərnişinə xidmət göstərib
  24 Aprel 2023    Oxunub:997
Bu ilin yanvar-mart aylarında Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,4 % və 22,8 % çox olub.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesab dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 52,5 milyon ton yük daşıyıb. Yüklərin 3,5 %-i dəniz, 8,5 %-i dəmir yolu, 0,1 %-i hava, 54 %-i avtomobil nəqliyyatı, 33,9 %-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,3 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,4 % təşkil edib.

İlin ilk rübündə nəqliyyatçılar 423,7 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,1 %-i avtomobil nəqliyyatı, 12,4 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti