"Qarabağda biznes qurmaq üçün 500-ə yaxın xarici şirkət müraciət edib"

   "Qarabağda biznes qurmaq üçün 500-ə yaxın xarici şirkət müraciət edib"
  25 Aprel 2023    Oxunub:1445
Bugünədək azad edilmiş ərazilərdə biznes qurmaq üçün KOBİA-ya 1400-dən artıq müraciət daxil olub ki, onların təqribən 500-ə yaxını xarici şirkətin müraciətlərdir.
AzVision.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, əsas hədəf 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasından irəli gələrik KOB-ların qeyri-neft/qaz sektorunda ÜDM-dəki payının 35%-ə, məşğulluqda payının isə 60%-ə yüksəldilməsinə nail olmaqdır.

"Bu məqsədlə yaranmış yeni iqtisadi reallıqlara çevik reaksiyanın verilməsi və strateji fəaliyyət gündəliyimizə yeni elementlərin daxil edilməsi olduqca vacibdir. Belə ki, bizneslərin rəqəmsal və yaşıl transformasiyası məsələlərinin sahibkarlıq subyektlərinin dayanıqlığının və rəqabət qabiliyyətinin artırılması, eləcə də qlobal dəyər zənciri sisteminə daha geniş inteqrasiyası baxımından mühüm əhəmiyyəti nəzərə alınaraq, qarşıdakı dövrlərdə sözügedən istiqamətlərdə işlərin genişləndirilməsini və yeni təşəbbüslərin həyata keçirilməsini hədəfləyirik".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti