Şərqi Avropa ölkələri bu il 32 milyard dollar borc alıb

   Şərqi Avropa ölkələri bu il 32 milyard dollar borc alıb
  25 Aprel 2023    Oxunub:1594
Enerji böhranından sonra maliyyə problemləri artdıqca, Şərqi Avropa ölkələri daha tez-tez beynəlxalq borc bazarlarına kreditlər üçün müraciət etməyə başlayıblar.
Bu barədə “Bloomberg” öz hesablamalarına istinadən xəbər verir. Qeyd olunub ki, cari ilin əvvəlindən region dövlətləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çox olmaqla ümumilikdə 32 milyard dollara yaxın borc götürüblər. Söhbət Polşa, Macarıstan, Rumıniya və Şərqi Avropa regionunun digər dövlətlərinin kreditlərindən gedir.

Məqalədə deyilir: “Ukraynanın ən yaxın qonşuları üçün 14 ay davam edən müharibənin maliyyə itkiləri artmaqdadır. Şərqi Avropa hökumətləri bu borcların ödənilməsinə kömək etmək üçün beynəlxalq borc bazarlarına heç vaxt olmadığı kimi müraciət edirlər. Bu il onlar artıq 32 milyard dollara yaxın borc götürüblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur.

Region dövlətləri enerji resurslarının alınması və öz ordularının gücləndirilməsi üçün subsidiyaların maliyyələşdirilməsi üçün kreditlərə ehtiyac duyurlar. Bundan əlavə, Rusiya ilə münaqişənin kəskinləşməsindən sonra ölkəni tərk etməyə məcbur olan çoxsaylı ukraynalı qaçqınlara adekvat yardım göstərmək üçün vəsait lazımdır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti