Uşaq İncəsənət Məktəbində qanunsuzluq: Cinayət işi başlanılıb

Uşaq İncəsənət Məktəbində qanunsuzluq:    Cinayət işi başlanılıb
  26 Aprel 2023    Oxunub:1225
Zaqatala rayon Uşaq İncəsənət Məktəbində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.
Bu barədə AzVision.az -a rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, məktəbdə aşkar edilmiş qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaq davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti