Gecələr qaşınma qaraciyərdən ola bilər

   Gecələr qaşınma qaraciyərdən ola bilər
  26 Aprel 2023    Oxunub:1738
Əgər ovcunuz, ayaq və dabanınız gecələr mütəmadi qaşınırsa, bu qaraciyərdə ciddi problemlərin olduğundan xəbər verir.
AzVision.az xəbər verir ki, qaraciyər xəstəliklərinin əksəriyyəti ciddi ağırlaşmalar görünənə qədər əlamət vermir. Buna görə də bədənin verdiyi bütün siqnallara diqqət yetirmək vacibdir.

Həkim – hepatoloq Yevqeniy Romanovun sözlərinə görə, bir insanın artıq ağrısı varsa və dəri saralırsa, bu, qaraciyərin ağır toxuma lezyonlarının inkişaf etdiyini göstərir.

Qaraciyərin özündə ağrı reseptorları yoxdur. Əgər qaraciyəriniz həddən artıq yüklənməyə məruz qalıbsa, məsələn, zəhərli maddələrlə işləmisinizsə, uzun müddət dərman qəbul edirsinizsə, mütəmadi olaraq müayinə olunmaq vacibdir.
Qaraciyərin xəstə olmasına işarətlərdən biri də gecə qaşınmasıdır. İnsan yerinə uzanan kimi qaşınmağa başlayır. Bu, səfra axınının pozulması ilə əlaqədardır.


Bir qayda olaraq, ovuc içi, daban, əl və ayaqların qıvrımları qaşınır. Bəzən o qədər yorucu olur ki, insanda yuxusuzluq yaranır. Qaşınma sinir uclarını qıcıqlandıran öd piqmentlərinin dərin qatlarında toplanması nəticəsində yaranır. Adətən bu qaşınmada səpki yaranmır.

Qaraciyər xəstəliyinin digər simptomları:

ümumi zəiflik,
xroniki yorğunluq,
bədən istiliyinin artması,
qarın böyüməsi,

iştahsızlıq,
ağızda acılıq,
şişkinlik,
sağ qabırğa altında ağırlıq və ağrı,
dərinin, selikli qişaların və skleranın sararması,

nəcisin və sidiyin rənginin dəyişməsi,
dəri səpkiləri (medicina.az)

AzVision.az




Teqlər:





Xəbər lenti