“Azərbaycanın addımları Cənubi Qafqazdakı vəziyyəti ciddi şəkildə dəyişdirir” – Rusiyalı politoloq

   “Azərbaycanın addımları Cənubi Qafqazdakı vəziyyəti ciddi şəkildə dəyişdirir” –    Rusiyalı politoloq
  28 Aprel 2023    Oxunub:3114
Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılması Cənubi Qafqazda qüvvələr balansını xeyli dəyişir. Əgər Rusiya, Ermənistan və dünya mediasını oxusaq, Azərbaycanın bu addımının erməni ictimaiyyətində hansı təşvişə səbəb olduğunu görərik”.
Bunu AzVision.az -a açıqlamasında rusiyalı ekspert Darya Qrevtsova deyib. Onun sözlərinə görə, Ermənistan bəlli səbəblərdən keçid məntəqəsinin quraşdırılması faktından çox narahatdır:

“Azərbaycan nəzarət-buraxılış məntəqəsinin quraşdırılması faktını dünya ictimaiyyətinə, o cümlədən Ermənistana aydın şəkildə izah edib. NBM əsasən təhlükəsizlik məqsədləri üçün quraşdırılıb. Hamımız yaxşı bilirik ki, Ermənistan tərəfdən minaların daşınması və basdırılması halları olub. Onları, təbii ki, Laçın yolu ilə daşıyıblar. Qarabağda qeyri-qanuni hasil edilən təbii sərvətlərin ixracı da bu yolla həyata keçirilib. Eko-fəallar da elə bu daşımanın qarşısını almağa çalışırlar. Azərbaycan dəfələrlə bu yolla silahların necə daşındığına dair görüntülər təqdim edib. Təbii ki, bütün bunlar narahatlıq doğurur, təhlükəsizliyi və imzalanmış sazişləri pozur”.
KTMT Ermənistan-Azərbaycan sərhədinə qoşun göndərəcəkmi? – Qırğızıstandan baxış

Qrevtsova onu da bildirib ki, Ermənistan məntəqənin quraşdırılmasının Rusiya ilə razılaşdırıldığını hesab edir. Çünki İrəvan son vaxtlar üzünü Qərbə çevirib və Rusiyaya qarşı qeyri-etik davranır. “Paşinyanın KTMT iclası zamanı qiyam qaldırdığını, KTMT-nin müşahidə missiyasından imtina etməsini yada salaq. Ona görə də Ermənistanda belə fikirlər hökm sürür ki, Moskva bu yolla İrəvandan qisas alır. Bu səbəbdən Ermənistan Azərbaycana təzyiq göstərmək, xarici mediada hay-küy yaratmaq üçün ABŞ-a, Fransaya və öz diasporuna müraciətlər edir. Ermənistanın bu cür oynaması Rusiyanın İrəvanı dəstəkləməkdən soyumasına, müttəfiq hesab etdiyi Azərbaycanın mövqeyinə meyillənməsinə gətirib çıxarır. Azərbaycanın qətiyyətli addımları Cənubi Qafqazdakı vəziyyəti ciddi şəkildə dəyişdirir. Ermənistanın hazırda keçid məntəqəsinin quraşdırılması faktına qarşı çıxmaq üçün xüsusi resursları yoxdur”, - D.Qrevtsova bildirib.

Murad Nəcəfov
AzVision.az



Teqlər:   Şərh   Ekspert  





Xəbər lenti