"İldə 30 min avtomobilin istehsalı nəzərdə tutulub" - Nazir müavini

   "İldə 30 min avtomobilin istehsalı nəzərdə tutulub" -    Nazir müavini
  01 May 2023    Oxunub:1309
"Ötən il Azərbaycan və Özbəkistan prezidentləri arasında imzalanan sazişin və onların siyasi iradəsinin nəticəsi olaraq Azərbaycanda qeyri-neft sektorunun və qeyri-neft sənayesinin inkişafına töhfə verəcək layihələrin icrasına başlanıldı".
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Hacıqabul Sənaye Məhəlləsində "Minik avtomobillərinin istehsalı" layihəsinin təməlqoyma mərasimində deyib. Onun sözlərinə görə, bu gün reallaşdırılan layihə bölgənin iqtisadiyyatının inkişafına töhfə verməklə məşğulluğun artmasına bir dəstək olacaq.

"Layihə minik avtomobillərinin istehsalı sahəsində vacib mərhələlərdən olan rəngləmək, qaynaq və yığım proseslərinin lokallaşdırılmasını özündə ehtiva edir. İldə 30 min avtomobilin istehsalı nəzərdə tutulub. Proses bir müddət zaman alacaq. Layihənin başa çatması 2025 -ci ildə olacaq. Bu, Azərbaycanda avtomobil sənayesinin inkişafına töhfə verəcək".

Aytən Zəhra
AzVision.az


Teqlər: Avtomobil  





Xəbər lenti