Kürdəmirdə ağır yol qəzasında ölənlərin sayı artdı - YENİLƏNİB

 Kürdəmirdə ağır yol qəzasında ölənlərin sayı artdı -  YENİLƏNİB
  03 May 2023    Oxunub:2446
Kürdəmirdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev AzVision.az -a bildirib ki, bu gün saat 13:05 radələrində Bakı-Qazax-Gürcüstan yolunun 174-cü kilometrliyində, Kürdəmirin Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı “Mercedes” markalı avtomobildə olan 3 nəfər sərnişin dünyasını dəyişib, 3 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

AzVision.az xəbər verir ki, "Mercedes Sprinter" markalı sərnişin daşıyan mikroavtobus qarşıda hərəkət edən mişar daşı ilə dolu "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Hadisə zamanı "KamAZ" markalı yük maşını yoldan çıxaraq aşıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti