“Siz bizim canımızsınız” – Türkiyəli qızdan Azərbaycana kövrək təşəkkür

      “Siz bizim canımızsınız”    – Türkiyəli qızdan Azərbaycana    kövrək təşəkkür
  04 May 2023    Oxunub:4690
“İlk gün dağıntılar altından çıxardığımız ailə 3 nəfərdən ibarət idi: Ata, ana və balaca qız. Azyaşlı qız deyəsən, birinci sinifə gedirdi. O bizim xilasetmə əməliyyatımızla bağlı rəsm çəkmişdi”.
Bu sözləri AzVision.az -a müsahibəsində Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupunun üzvü Səxavət Məmmədov deyib. O, Türkiyədəki zəlzələdən sonra insanları dağıntıların altından xilas edənlərdən biri idi.
"O səslər hələ də qulağımdadır..." | Xilasedicimiz Türkiyədə gördüklərindən danışır - MÜSAHİBƏ

Xilasedicinin sözlərinə görə, balaca qız çəkdiyi rəsmdə uçan bina və ərazini təmizləyən xilasediciləri təsvir etmişdi. Altında yazmışdı ki, “Siz bizim canımızsınız, can Azərbaycan. Bizi siz qurtardınız”.

Səxavət Məmmədov həmin şəkli hələ də saxladıqlarını vurğulayıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:   Türkiyə  





Xəbər lenti