İtkin düşənlərlə bağlı yeni qanun

İtkin düşənlərlə bağlı yeni qanun
  11 Aprel 2013    Oxunub:1426
Hazırda bu qanun layihəsilə bağlı Milli Məclisdə iş aparılır
Azərbaycanda itkin düşən şəxslər haqqında qanun hazırlanır.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib.

Onun sözlərinə görə, itkin düşən şəxslər haqqında model qanun Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi tərəfindən təklif olunub.

“Model qanuna Komissiyada da baxılıb, rəy və təkliflər hazırlanıb. Dünyanın bir neçə ölkəsində belə qanun var. Biz də istəyərdik ki, Azərbaycanda əsir, girov və itkin düşən şəxslər haqqında qanun olsun. Hazırda bu qanun layihəsinə hökumət tərəfindən baxılır və Milli Məclisdə üzərində iş gedir”.(apa)




Teqlər:  





Xəbər lenti