Söyüşə görə qonşusunu baltaladı

Söyüşə görə qonşusunu baltaladı
  06 May 2023    Oxunub:1649
Bakı sakini qonşusunu baltalayıb.
AzVision.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

1975-ci il təvəllüdlü İsmayılov Zəmanət Nəsir oğlu qonşusu 1977-ci il təvəllüdlü, Məmmədzadə Namiq Mövsüm oğlu ilə telefonla danışarkən mübahisə yaranıb. Danışıq zamanı N. Məmmədzadə telefonda Z. İsmayılovu söyüb. Z. İsmayılov Məhəmmədi qəsəbəsi, Ə.Əliyev küçəsinə gələrək balta ilə Məmmədzadə Namiq Mövsüm oğlunun baş nahiyəsindən bir neçə zərbə vurub, ona alının sol nahiyəsinin, sol qulağın, qulaq seyvanının və sol gicgah nahiyəsinin kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirib.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ruhid Tağıyev tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti