KİV: "ABŞ-ın milli borcu qlobal iqtisadiyyatı təhdid edir"

      KİV:    "ABŞ-ın milli borcu qlobal iqtisadiyyatı təhdid edir"
  06 May 2023    Oxunub:1508
"Rekord dövlət borcuna görə ABŞ defoltla və ya xərclərin kəskin azalması ilə üzləşə bilər. Hadisələrin inkişafının hər iki variantı qlobal iqtisadiyyatı təhdid edir, lakin ABŞ vəziyyəti hansısa yolla düzəltməyə tələsmir".
AzVision.az xəbər verir ki, bu barədə "The Economist"də çıxan məqalədə qeyd edilib.

"Defolt, dünyanın ən mühüm maliyyə sisteminə olan inamı sarsıdacaq və ciddi maliyyə ixtisarları dərin tənəzzülə səbəb olacaq. Bununla belə, borc tavanı heç bir iqtisadi mənası olmayan sırf siyasi bir yaradılışdır. Eyni zamanda, ABŞ-da mövcud problemin siyasi həlli yoxdur, çünki rəsmilər müzakirələrində dalana dirənirlər", deyə məqalədə qeyd edilib.

Nəşr qeyd edib ki, qlobal bazar ABŞ-dakı siyasətçilərin razılaşacağına və vəziyyətdən çıxış yolu tapacağına ümid edir. Bu, baş verərsə və borc tavanı yenidən qaldırılarsa, “fiskal gimnastika” növbəti dəfə gözdən itəcək. Üstəlik, belə bir vəziyyət son dərəcə arzuolunmazdır, çünki ölkənin maliyyə sisteminin əsası hər dəfə daha az dayanıqlı olur.

Ekspertlər hesab edirlər ki, ABŞ rəsmilərinin iqtisadi siyasətlərində nəyisə dəyişmək istəyinin olmaması böyük problemdir. Sərt islahatların olmaması artıq vergilərin qaldırılmaması deməkdir və demokratlara fiskal siyasət üçün davamlı plan hazırlamaq getdikcə çətinləşir. Eyni zamanda, ağır böhran zamanı iqtisadi siyasətdə dəyişikliklərin baş verməsi ehtimalı var. O zaman ciddi tənəzzülə səbəb olacaq drakonik xərclərin kəsilməsi olacaq.

Qeyd edək ki, mayın əvvəlində ABŞ-ın maliyyə naziri Janet Yellen Konqres liderlərinə məktubunda iyunun 1-dək dövlət borcunun limitə çatması ilə əlaqədar hakimiyyət orqanlarının xidmət imkanlarını tükənə biləcəyini qeyd edub.

AzVision.az


Teqlər:





Xəbər lenti