Sabahın hava proqnozu

Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.
AzVision.az
Teqlər: Hava