AzVision.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrin İran seqmentində video görüntülər yayılıb. Qeyd edilir ki, Yasuc şəhərində gənclər hökumət banerinə od vurublar. Banerdə ali dini lider Xameneyinin də fotosu olub.
Qeyd edək ki, ötən ilin sentyabr ayından Məhsa Əmini faciəsindən sonra İranı kütləvi iğtişaşlar və aksiyalar dalğası bürüyüb. İnsanlar azadlıq, tapdalanan hüquqlarının bərpasını tələb edirlər.
İnsanlar son günlərdə yenidən aktivləşərək küçələrə çıxıb etiraz edir, inqilabçı gənclər ali dini lider
Xameneyiyə aid plakat, baner və fotoları yandırır, ayrı-ayrı dövlət qurumlarının binalarına od vururlar.
AzVision.az