"Taxıl sazişi" çərçivəsində növbəti görüş İstanbulda keçiriləcək" - BMT

   "Taxıl sazişi" çərçivəsində növbəti görüş İstanbulda keçiriləcək" -    BMT
  09 May 2023    Oxunub:1803
Taxıl Dəhlizi sazişi üzrə dördtərəfli görüş mayın 10-11-i tarixlərində İstanbulda keçiriləcək
AzVision.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

"Biz İstanbulda bütün tərəflər (Rusiya, Ukrayna, BMT və Türkiyə) arasında görüş keçirməyi planlaşdırırıq, Rusiyanın problemlərinə daha yaxşı cavab vermək üçün əlimizdən gələni edirik", - Quterreş bildirib.

O qeyd edib ki, BMT-nin həll etməyə çalışdığı taxıl sazişinin tam işləməsi üçün dolayı maneələr var.

Bundan əvvəl BMT-nin baş katibi taxıl müqaviləsi çərçivəsində ərzaq və gübrə ixracının maneələrlə üzləşdiyini bildirib. O, taxıl müqaviləsi təşəbbüsünün daha təkmil formatda davam etdirilməsini zəruri hesab edir.

Qeyd edək ki, 22 iyul 2022-ci ildə imzalanmış və 120 gün qüvvədə olan Qara Dəniz Taxıl Dəhlizi Sazişinin müddəti 19 noyabr 2022-ci ildə daha 120 gün uzadılıb. 19 mart 2023-cü il tarixindən edilən açıqlamalarla müqavilənin qüvvədə olma müddətinin yenidən uzadıldığı bildirilib. Ukrayna rəsmiləri razılaşmanın 120 gün, Rusiya rəsmiləri isə 60 gün uzadıldığını bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti