Xarabanı andıran məktəb – AzTV-nin reportajı

   Xarabanı andıran məktəb –    AzTV-nin reportajı
  09 May 2023    Oxunub:1768
AzTV Gəncədəki 24 nömrəli məktəbdən reportaj hazırlayıb. Vaxtilə şəhərin hörmətli və abad məktəblərindən olan bu təhsil ocağı indi elə vəziyyətdədir ki, hətta şagirdlərin sağlamlığına təhlükə də törədə bilər.
Materialda vurğulanır ki, 24 nömrəli məktəbin 37 sinif otağının yarıdan çoxunun təcili təmirə ehtiyacı var.

AzVision.az olaraq əlavə etmək istəyirik ki, sosial problemlərin məhz bu cür peşəkar media tərəfindən göstərilməsi daha məqsədəuyğundur. Əgər hansısa bloger həmin məktəbdən material hazırlasa, məsələni birtərəfli, qərəzli qaydada, hay-küylə, üstəlik, siyasiləşdirərək çatdıracaqdı. Amma AzTv bunu peşəkar şəkildə edib. İnanırıq ki, problem tezliklə həllini tapacaq.





Teqlər: Məktəb   Təhsil   AzTV  





Xəbər lenti