Azərbaycan kosmik fəaliyyətdən yarım milyard manat qazanıb

“Bütün diqqəti xarici bazarlara yönəltmişik. 2013-cü ildən bu günə "Azərkosmos" 515 milyon manat gəlir əldə edib. Bunun 90 %-i xarici bazarlardan olub. Yəni biz dollar və avro ilə gəlir əldə edirik və ölkəmizə valyuta axınına dəstək veririk", - S.Əsədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın 42 ölkədə 182 müştərisi var: "Bunların əksəriyyəti Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrindədir. Peyk tutumlarımızın 80 %-dən xidmət göstərilir. Bu faiz dəyişkəndir. Bəzən 90 %-ə qalxır. Amma ümumi sənayedə utilizasiya faizi 80 %- ə yaxındır".
AzVision.az
Teqlər: