Mediasiya Şurasının mart-aprel hesabatı – SƏNƏD

   Mediasiya Şurasının mart-aprel hesabatı –    SƏNƏD
  11 May 2023    Oxunub:3504
Hər zaman fəaliyyəti lə bağlı cəmiyyətə hesabatlılıq prinsipini qoruyan Mediasiya Şurası mart və aprel ayları üzrə mediasiya təşkilatları və mediatorlarla bağlı statistik göstəriciləri əks etdirən hesabatı ictimaiyyətə təqdim edib.
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov AzVision.az-a bildirib ki, təqdim olunan hesabatda mediasiya təşkilatlarının ümumi və əlaqə vasitələri ilə bağlı məlumatları ilə yanaşı, hər bir mediasiya təşkilatları ilə əmək və mülki müqavilə əsasında işləyən mediatorların adlı siyahıları və mediasiya təşkilatı tərəfindən hər bir mediatorun icraatına verilən iş sayı, mediatorlar tərəfindən baxılan işlərdə əldə edilən barışıqların həcmi əks olunub.



Bununla yanaşı, mediasiya təşkilatlarına daxil olan işlər və onların mübahisə növü üzrə təsnifatı da ictimai diqqətə çatdırılıb.

Digər aylardan fərqli olaraq, bu ay yayımlanan hesabatda əlavə olaraq əsassız iddialar üzrə xitam verilən işlərin sayı da əks olunub





Teqlər: Mediasiya  





Xəbər lenti